Yüksək Liqa: Qadın voleybolçular arasında 6-cı turun 2 görüşü reallaşacaq

Yüksək Liqa: Qadın voleybolçular arasında 6-cı turun 2 görüşü reallaşacaq

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 6-cı turun oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, bu gün 2 qarşılaşma baş tutacaq.

Öncə 14 xalla 2-ci pillədə mövqe tutan "Turan" Tovuzda "Milli Aviasiya Akademiyası"nı qəbul edəcək. Ardından isə autsayder "Gənclər" UNEC-lə münasibətlərinə aydınlıq gətirəcək.

Yüksək Liqa VI tur 11 dekabr

14:00. "Turan" - "Milli Aviasiya Akademiyası" Tovuz Olimpiya İdman Kompleksi

18:00. "Gənclər" - UNEC Azərbaycan Voleybol Federasiyasının idman zalı

Qeyd edək ki, bu turun "Murov Az Terminal" – "Abşeron" oyunu təxirə salınıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər