Yüksək Liqa: "Murov" zirvədə möhkəmləndi

Yüksək Liqa: "Murov" zirvədə möhkəmləndi

Kişi voleybolçular arasında Yüksək Liqada III dövrəyə yekun vurulub. Fanat.Az xəbər verir ki, XV tura təsadüf edən matçlarda "Neftçi" "Murov"u, "Sərhədçi" isə MOİK-i sınağa çəkib. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən hər iki görüşdə nominal qonaqlar qələbə qazanıblar. "Murov" "Neftçi"yə 3:0 (20:25, 23:25, 20:25) hesabı ilə qalib gələrək xallarını 32-yə çatdırıb və ilk pillədəki mövqeyini möhkəmləndirib. Hazırda lideri ən yaxın izləyicisi olan "ağ-qaralar"dan 4 xal ayırır. Günün ikinci oyununda isə MOİK "Sərhədçi"ni eyni hesabla məğlub edib - (12:25, 14:25, 19:25). Bu qələbədən sonra MOİK 21 xalla 3-cü sıradakı yerini qoruyub. 3 xalı olan "Sərhədçi" isə sonuncu - 5-cidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər