Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, XX turun oyunları eyni gündə keçiriləcək.
Bütün qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq. "Ordu" "Gənclər"i, "Neftçi" "Azərreyl"i, "Murov Az Terminal" isə "Xilasedici"ni sınağa çəkəcək.
Yüksək Liqa XX tur 30 mart
14:00. "Ordu" - "Gənclər" FHN-in idman zalı.
16:00. "Neftçi" - "Azərreyl" FHN-in idman zalı.
18:00. "Murov Az Terminal" - "Xilasedici" FHN-in idman zalı.
Xal durumu: Xilasedici – 46, Neftçi – 38, Ordu – 36, Murov Az Terminal – 29, Azərreyl – 22, Gənclər – 0.