Yüksək Liqa: Müntəzəm mövsüm yekunlaşdı, pley-offçular bilindi

Yüksək Liqa: Müntəzəm mövsüm yekunlaşdı, pley-offçular bilindi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında müntəzəm mövsüm başa çatıb.

Fanat.Az xəbər verir ki, son olaraq 18-ci turun daha bir oyunu keçirilib.

"Abşeron" komandası səfərdə "Gəncə"ni yenib.

Gəncə İdman Sarayında reallaşan qarşılaşma 3:2 (25:21, 23:25, 23:25, 25:18, 15:13) hesabı ilə yekunlaşıb.

Daha əvvəl "Azərreyl" "Gənclər"i 3:0, "DH Volley" "Milli Aviasiya Akademiyası"nı 3:2, "Turan" "Murov Az Terminal"ı 3:1 hesabı ilə məğlub edib.

Müntəzəm mövsümün nəticələrinə əsasən "Turan" (45 xal), "DH Volley" (40 xal), "Milli Aviasiya Akademiyası" (30 xal), "Gəncə" (27 xal), UNEC (23 xal), "Abşeron" (21 xal), "Azərreyl" (21 xal), "Murov Az Terminal" (9 xal) pley-off mərhələsində iştirak edəcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər