Yüksək Liqa: II tur Gəncədə başa çatacaq

Yüksək Liqa: II tur Gəncədə başa çatacaq

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun son oyunu Gəncədə keçiriləcək.

Şəhərin eyni adlı komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Azərreyl" "Murov Az Terminal"ı (3:2), "Abşeron" isə UNEC-i (3:0) məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər