Yüksək Liqa: Bu gün ilin ilk oyunları keçiriləcək

Yüksək Liqa: Bu gün ilin ilk oyunları keçiriləcək

Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk qarşılaşmaları keçiriləcək.

Fanat.Az xəbər verir ki, kişi voleybolçuların yarışında VIII turun iki görüşü baş tutacaq.

Əvvəlcə "Neftçi" "Gənclər"lə üz-üzə gələcək. Günün ikinci oyununda isə "Ordu" ilə "Murov Az Terminal" münasibətlərinə aydınlıq gətirəcək. 

Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Qadınların yarışına gəlincə, bu gün VI turdan təxirə düşən "Murov Az Terminal" - "Abşeron" matçı baş tutacaq. Görüş birincilərə məxsus eyniadlı idman zalında baş tutacaq..

Yüksək Liqa (kişilər) VIII tur 6 yanvar

16:00 Neftçi – Gənclər 18:00 Ordu – Murov Az Terminal

Yüksək Liqa: Bu gün ilin ilk oyunları keçiriləcək Yüksək Liqa (qadınlar) VI turun oyunu 6 yanvar

17:00 Murov Az Terminalı - Abşeron

Yüksək Liqa: Bu gün ilin ilk oyunları keçiriləcək

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər