Yüksək Liqa: Bu gün daha 3 oyun keçiriləcək

Yüksək Liqa: Bu gün daha 3 oyun keçiriləcək

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XVIII tur davam edir.

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha üç oyun keçiriləcək.

Kişilərin yarışında bir oyun olacaq. "Azərreyl" Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında "Xilasedici" ilə üz-üzə gələcək. Görüş saat 17:00-da start götürəcək.

Xal durumu: Xilasedici - 41, Neftçi - 38, Ordu - 33, Murov Az Rerminal - 26, Azərreyl - 21, Gənclər - 0.

Qadınların mübarizəsində isə iki görüş baş tutacaq. Əvvəlcə saat 16:00-da "Azərreyl" "Gənclər"lə qarşılaşacaq. Ardından (18:00) "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında olacaq.

Xal durumu: Turan – 45, DH Volley – 37, NAA – 30, Gəncə – 25, UNEC – 23, Abşeron – 20, Azərreyl – 18, Murov Az Terminal – 9, Gənclər – 0.

Qeyd edək ki, ötən gün kişilərin yarışında "Neftçi" "Gəncləri" (3:0), "Ordu" "Murov Az Terminal"ı (3:2) məğlub edib. Qadınların mübarizəsində "Turan Tovuz" "Murov Az Terminal"dan güclü olub - 3:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər