Yüksək Liqa: Azərbaycan çempionu müəyyənləşir

Yüksək Liqa: Azərbaycan çempionu müəyyənləşir

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionu bəlli olacaq.

Fanat.Az xəbər verir ki, Yüksək Liqanın həlledici matçında “Murov Az Terminal” və “Azərreyl” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.  Tərəflər arasında ilk final matçında "Azərreyl" 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, reqlamentə görə, qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunur. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər