Yüksək Liqa: 18-ci tura yekun vurulur

Yüksək Liqa: 18-ci tura yekun vurulur

Qadın voleybolçular arasında Yüksək Liqada 18-ci tura bu gün bir oyunla yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə baş tutacaq yeganə qarşılaşmada "Gəncə" evdə "Murov Az Terminal"la münasibətlərinə aydınlıq gətirəcək.

Gəncə İdman Sarayında keçiriləcək görüş saat 14:00-da başlayacaq. "Gəncə" hazırda 24 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. 18 xala malik "Murov Az Terminal" isə beşincidir.

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində “Abşeron” “Milli Aviasiya Akademiyası”na, "Azərreyl" isə UNEC kollektivinə 3:0 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər