Yüksək Liqa: 17-ci tura yekun vurulur

Yüksək Liqa: 17-ci tura yekun vurulur

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son olaraq daha iki qarşılaşma baş tutacaq. "Abşeron" "Gənclər"lə, "Azərreyl" "Turan"la üz-üzə gələcək.

Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq qarşılaşmalar müvafiq olaraq saat 16:00 və 18:00-da start götürəcək.

Qeyd edək ki, ötən gün "DH Volley" UNEC-i (3:0), "Milli Aviasiya Akademiyası" "Gəncə"ni (3:2) məğlub edib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər