Yerli kanallar Bakıda keçiriləcək “Formula 1” yarışlarına buraxılmayacaq

Yerli kanallar Bakıda keçiriləcək “Formula 1” yarışlarına buraxılmayacaq
Yerli televiziya və radio nümayəndələrinin "Formula 1" yarışlarında akkreditasiyasına icazə verilməyəcək. 
Fanat.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Ayan Nəcəf-Ağayeva məlumat verib. O qeyd edib ki, yeganə yayım hüququna malik telekanal "İdman TV" olacaq. 
Bundan əlavə, daimi akreditasiyası olmayan xarici jurnalistlər də "Formula 1"i işıqlandıra bilməyəcək. 
Ümumilikdə, "Formula 1" yarışlarında akkreditasiyadan keçən mətbuat nümayəndələrinin sayında 30-40 faiz azalma gözlənilir. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər