Yeniyetmələr arasında Azərbaycan çempionatı start götürür

Yeniyetmələr arasında Azərbaycan çempionatı start götürür

Aprelin 19-dan 22-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək.

Fana.Az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yeniyetmələrin ölkə birinciliyi COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, 3 illik fasilədən sonra baş tutacaq. Yeniyetmələr arasında Azərbaycan çempionatı start götürür Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq yarışın medalçıları U-17 yaş qrupu üzrə yığma komandaların heyətinə cəlb olunacaq.

Çempionatın proqramı belədir:

19 aprel 45 kq, 51 kq, 60 kq, 71 kq, 92 kq (sərbəst güləş)

20 aprel 48 kq, 55 kq, 65 kq, 80 kq, 110 kq (sərbəst güləş)

21 aprel 45 kq, 51 kq, 60 kq, 71 kq, 92 kq (yunan-Roma güləşi)

22 aprel 48 kq, 55 kq, 65 kq, 80 kq, 110 kq (yunan-Roma güləşi)

Görüşlər hər gün saat 10:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 16:30-da start götürəcək. Yarışın təntənəli açılış mərasimi aprelin 19-da saat 16:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər