"Breşiya"nın yarımmüdafiəçisi Sandro Tonali karyerasını "İnter"də davam etdirə bilər.
Fanat.Az "Sky Sport"un jurnalisti Fabritsio Romanoya istinadən xəbər verir ki, Tonali "İnter"ə keçmək istəyir. Növbəti "transfer pəncərəsi"ndə keçidin reallaşacağı gözlənilir. Artıq tərəflər arasında danışıqlar gedir.
Cari mövsümdə 24 matçda meydana çıxan 20 yaşlı oyunçunun aktivində 1 qol, 5 məhsuldar ötürmə var. Oyun tərzinin Andrea Pirloya oxşarlığı səbəbindən Tonalini "yeni Pirlo" adlanırırlar.
Fanat.Az