Yeni çempion - Portuqaliya!

Yeni çempion - Portuqaliya!

Futzal üzrə Dünya Çempionatı başa çatıb.

Fanat.Az xəbər verir ki, Litvada baş tutan mundialın qalibi Portuqaliya olub. 

Avropalılar finalda son çempion Argentina ilə üz-üzə gəlib və 2:1 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb. 

Bürünc mükafata isə Qazaxıstanı 4:2 yenən Braziliya sahib çıxıb. 

Qeyd edək ki, Portuqaliya ilk dəfə dünya çempionu olub. 1989-cu ildən təşkil olunan və artıq 9 dəfə baş tutan yarışda Braziliya beşqat, İspaniya isə ikiqat qalibdir. Argentina və Portuqaliya isə son iki mundialın yeni qalibləri olub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər