Yenə baxışa, yenə iranlı? - "Sumqayıt" reallığı

Yenə baxışa, yenə iranlı? - "Sumqayıt" reallığı

Yanvarın 10-da Türkiyəyə yollanacaq “Sumqayıt” bir neçə futbolçuyla yolları ayırsa da, güclənmək yönündə hər hansı addım atmayıb. Fanat.Az xəbər verir ki, Samir Abasov qış fasiləsinə 4-cü pillədə yollanan komandanı köhnə,ənənəvi üsulla gücləndirmək niyyətindədi.

Belə ki, “gənclik şəhəri” təmsilçisinin düşərgəsinə 2 legioner təşrif buyuracaq. Onlardan birinin iranlı olacağı bəllidi. Baxışa gələn futbolçular bəyəniləcəyi halda, avrokuboklara qatılmaq istəyən klubla rəsmi müqavilə imzalayacaq. Dağıstanlı, türkiyəli və iranlılardan başqa, əcnəbi götürməmək tapşırığı alan Abasovun milliyə potensial namizəd “ocuna çıxdığını”da söyləmək olar.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər