Yelizaveta Rumıniyada medal qazandı

Yelizaveta Rumıniyada medal qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 28 yaşlı üzvü Yelizaveta Ruban Rumıniya çempionatında medalını qazanıb.

Fanat.Az xəbər verir ki,  formasını geyindiyi “Luqoy” üçüncü yeri tutub.

Yelizavetanın komandası üçüncülük uğrunda mübarizədə Buxarest “Rapid”i ilə 3 oyun keçirib. Hər üç qarşılaşmada rəqibini üstələyən “Luqoy” (3:0; 3:2; 3:1) Rumıniya çempionatının bürünc mükafatına sahib çıxıb.

Qeyd edək ki, Ruban 2022-ci ildən “Luqoy”da çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər