Yeddiqat Avropa çempionu oldular - 16 ildən sonra

Yeddiqat Avropa çempionu oldular - 16 ildən sonra

Voleybol üzrə kişilər arasında Avropa çempionatının qalibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, çempionluğun taleyinə Sloveniya və İtaliya yığmaları aydınlıq gətirib. 

2 saat 24 dəqiqə çəkən görüşün gedişində sloveniyalılar iki dəfə hesabda önə keçsə də, sonda sevinən tərəf italyanlar olub - 2:3 (25:22, 20:25, 25:20, 20:25, 11:15).

Beləliklə, apenninlilər 16 ildən sonra yarışın baş mükafatına sahib çıxıblar. Bu, onların ümumilikdə 7-ci Avropa çempionluğu olub.

Bürünc medala isə Serbiyanı "quru" hesabla yenən Polşa seçməsi yiyələnib - 25:22, 25:16, 25:22.

Qeyd edək ki, dörd ölkə - Çexiya, Estoniya, Finlandiya və Polşanın ev sahibliyi etdiyi 32-ci Avropa çempionatında 24 komanda mübarizə aparıb.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər