Yasin Öztekin rəsmən "Qalatasaray"da

Yasin Öztekin rəsmən "Qalatasaray"da
"Qalatasaray" növbəti transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, İstanbul klubu Yasin Öztekinlə müqavilə imzalayıb.
"Kayseri Erciyəsspor"dan alınan futbolçu ilə 4 illik müqavilə bağlanılıb. "Qalatasaray" bu futbolçuya görə Kayseri klubuna 2,5 milyon avro verib.
"Qalatasaray" Öztekinin maaşını da açıqlayıb. İlk mövsümdə 1 milyon avro alacaq futbolçunun məvacibi hər il 50 min avro artacaq və 2017/18 mövsümündə 1,15 milyon avroya çatacaq. Ona həmçinin hər mövsüm 10 min avro matçbaşı veriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər