Yaponiya millisinin üzvü "Arsenal"da

Yaponiya millisinin üzvü "Arsenal"da

İngiltərənin "Arsenal" klubu heyətini Takuma Asano ilə gücləndirib. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb. Ancaq "topçular"ın baş məşqçisi Yaponiya millisinin üzvü haqda xoş sözlər deyib və onun gələcəkdə ulduz futbolçu olacağına inandığını söyləyib.

Qeyd edək ki, son olaraq ölkəsində "Sanfresse Xirosima" klubunda çıxış hücumçu meydana çıxdığı 20 qarşılaşmada 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Takuma Yaponiya millisinin formasını geyindiyi 5 qarşılaşmada 1 qol vurub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər