Yanvar - "Qəbələ" üçün ölüm-qalım ayı - SON DURUM

Yanvar - "Qəbələ" üçün ölüm-qalım ayı - SON DURUM

Azərbaycan Premyer Liqa təmsilçisi "Qəbələ"nin maddi vəziyyəti daha da pisləşib.

Fanat.Az "Qol.az”a istinadən xəbər verir ki, uzun illər klubun sponsoru olmuş "Gilan Holdinq”in 2020-ci ilin yanvarın 1-dən kluba himayədarlığı dayandıracağı dəqiqləşib.

Bu səbəbdən "Qəbələ"nin vəziyyəti qeyri-müəyyən olaraq qalır. Başqa iş adamları, o cümlədən AFFA tərəfdən kluba sponsorluq edilməyəcəyi bildirilir. Ona görə də klubun yanvarın 1-dən futbolçuların maaşını necə verəcəyi sual olaraq qalır.

Bütün bunlar o deməkdir ki, bu ay ərzində sponsor tapılmayacağı halda yanvarın 1-dən klub fəaliyətini dayandırdığını elan edə bilər.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər