"Keşlə"nin sabiq futbolçusu Andre Klennon karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə 31 yaşlı hücumçu özü məlumat verib.
Yamaykalı futbolçu bildirib ki, yenidən ölkə xaricində çıxış etməyə yaxın olsa da, koronavirus pandemiyası səbəbindən keçid baş tutmayıb:
"Planım ölkə xaricinə qayıtmaq və yenidən ən yüksək səviyyədə oynamaqdı. Hazırda transfer üçün hədəflədiyim ölkələr Türkiyə, İran və Azərbaycandı. Agentim bu ölkələrin bir neçə klubu ilə danışıqları davam etdirir. Hər şeyin yoluna düşməsini gözləyirəm, xaricdə oynamaq həmişə mənim xəyalımdı. Hansı kluba keçsəm, hazır olmaq və formada qalmaq üçün çalışıram".
Qeyd edək ki, Andre Klennon "Keşlə"də 2018/19 mövsümündə oynayıb. O, 26 oyuna 4 qol vurub.
Fanat.Az