Dünən istefaya göndərilən Bosniya və Hersoqovina millisinin çalışdırıcısı Safet Suşiç millimizin baş məşqçisi vəzifəsinə namizədlər siyahısındadı. Fanat.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü məlumat verib.
O bildirib ki, bundan əvvəl ona Azərbaycan millisindən və "Qalatasaray"dan təklif gəlib: "Bir müddət bundan qabaq mənə Azərbaycan millisindən və "Qalatasaray"dan real təklif gəlmişdi. Həmin təklifləri o zaman müsbət cavablandırmamışdım. Ancaq indi böyük ehtimalla bu təkliflərdən birini qəbul edəcəm".
Suşiç Bosniya və Herseqovuna millisində qalmaq istədiyini, ancaq buna baxmayaraq, istefaya göndərildiyini də qeyd edib: "AVRO-2016-nın seçmə mərhələsində qalan altı matçda qalib gələrək növbəti mərhələyə yüksələ bilərdik".
Qeyd edək ki, bir müddət əvvəl AFFA-dan bildirilib ki, Berti Foqtsun istefasından sonra Suşiç meneceri vasitəsi ilə federasiyaya müraciət edərək millimizdə çalışmaq istədiyini deyib.
Fanat.az