Xorvatiya millisinin üzvü "İnter"də

Xorvatiya millisinin üzvü "İnter"də

İtaliyanın "İnter” klubu heyətinə yeni futbolçu qatıb.

 

 

Fanat.Az xəbər verir ki, Milan təmsilçisi İspaniyanın "Atletiko” klubunun müdafiəçisi Şime Vrsalkonu heyətinə qatıb. Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

 

 

"İnter” isə hələ bu transferi rəsmən açıqlamayıb. Xorvatiya yığmasının üzvü tezliklə Milana gəlib tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.

"Atletiko”nun yaydığı rəsmi məlumata görə, Vrsalko İtalya klubuna icarəyə verilib. Lakin icarə müddəti başa çatdıqdan sonra "İnter” onun transfer hüququnu da alacaq.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər