Xorvatiya millisinin sabiq üzvü "Sabah"da - RƏSMİ

Xorvatiya millisinin sabiq üzvü "Sabah"da - RƏSMİ

Transfer çalışmalarını davam etdirən "Sabah" heyətinə yeni futbolçu qatıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu ölkəsinin "Slaven Belupo" klubundan transfer edilib.

O, karyerası ərzində Xorvatiyanın "Rieka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018/2019), Almaniyanın "Arminiya" (2022/2023) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib.

Futbolçu Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub. İvan "Sabah"da 13 nömrəli formada çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər