Xorvat oyunçu "Qəbələ"də - RƏSMİ

Xorvat oyunçu "Qəbələ"də - RƏSMİ
"Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar” xorvat müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb.
 
Peşəkar karyerasına "Koprivinitsa”da başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə "Slaven”ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, bu komandada 98 oyunda 4 qol vurub. Arxa xətt oyunçusu 2015/16 mövsümündə Xorvatiya kubokunun finalçısı olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər