Xorvat məşqçi AFFA-nı biabır etdi: "Azərbaycan komandasının Azərbaycanla bağlılığı yoxdu"

Xorvat məşqçi AFFA-nı biabır etdi: "Azərbaycan komandasının Azərbaycanla bağlılığı yoxdu"
Futzal üzrə Xorvatiya millisinin baş məşqçisi Mato Stankoviç DÇ-2020-nin elit raundunda Azərbaycana 2:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib.
Fanat.Az xəbər verir ki,  o, Xorvatiya Futzal Federasiyasının saytına açıqlamasında deyib:
"Belə çətin qarşılaşma gözləyirdik. Futzalda hər kəs bilir ki, Azərbaycan komandasının Azərbaycanla heç bir bağlılığı yoxdu. Heyət əsasən Azərbaycan, İran və braziliyalı futzalçılardan ibarətdi. Ona görə də belə çətin duel olacağını bilirdik. Keyfiyyətli oynadıq və layiqli qələbə qazandıq. Azərbaycanın nə vaxtsa meydanı qol vurmadan tərk edib-etmədiyini bilmirəm, amma bütün oyun bizim nəzarətimizdə keçdi".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər