"Xəzər Lənkəran"ın "10 nömrə"si "Səbail"də!

"Xəzər Lənkəran"ın "10 nömrə"si "Səbail"də!

"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Elnur Abdullayev yenidən futbola qayıdıb.

Fanat.Az-a daxil olan məlumata görə, o, "Səbail"in Futbol Akademiyasında məşqçiliyə başlayıb. 

Xəbəri dəqiqləşdirmək üçün sabiq "10 nömrə" ilə əlaqə saxladıq: 

"Bəli, U-14 komandasında yeni işə başlamışam. Təcrübə toplamaq üçün uşaq futbolunu məsləhət gördülər. Futboldan başqa sahədə özümü görmürdüm. Əslində, bir az geçikmişəm. Karyeramı bitirdikdən sonra işsiz qaldım, 2-3 ildi heç yerdə işləmədim. Gərək çoxdan başlayaydım. Bir qədər təcrübə topladıqdan sonra kateqoriya almaq üçün oxumağa başlayacağam. Milli söhbətinə görə B kateqoriyası almağım mümkün deyil, C-dən başlamalı olacağam". "Xəzər Lənkəran"ın "10 nömrə"si "Səbail"də!

Qeyd edək ki, karyerasının 6 ili "Xəzər Lənkəran"a bağlı olan 35 yaşlı Elnur Abdullayev cənub klubundan başqa, "Muğan", "Simurq", "Keşlə" və "Sumqayıt"da da çıxış edib. Onun sonuncu klubu 2017/2018 mövsümündə formasını geyindiyi "Gənclik şəhəri" təmsilçisi olub. 

Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər