Xavi İngiltərə nəhəngini çalışdırmağa razılaşdı - SON DURUM

Xavi İngiltərə nəhəngini çalışdırmağa razılaşdı - SON DURUM

"Barselona"nın keçmiş baş məşqçisi Xavi Ernandes portuqaliyalı Ruben Amorimi əvəzləyərək tezliklə "Mançester Yunayted"in yeni baş məşqçisi olmağa hazırdır. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə, ispaniyalı mütəxəssis təklif alacağı təqdirdə Mançester klubunu təhvil almağa hazır olduğunu bildirib. Xavi İngiltərə Premyer Liqasını yaxından izləyir və böhran vəziyyətində olan MY-yə əvvəlki şöhrətini qaytarmağı bacaracağına əmindir. 

Qeyd edək ki, Xavi 2024-cü ilin yayından - "Barselona"dan ayrıldıqdan sonra işsizdir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər