AFFA-nın bəyənmədiyi oyunçu Almaniya millisində - EKSKLÜZİV

AFFA-nın bəyənmədiyi oyunçu Almaniya millisində - EKSKLÜZİV

Azərbaycanlı futbolçu Nihad Fərəcli Almaniyanın U-17 yığmasının seleksiya məşqlərinə çağırılıb.

 

Fanat.Az-a verilən məlumata görə, "FC 08 Homburq”un hücumçusuna rəsmi dəvət də göndərilib. Sarland Futbol Assosiasiyası Almaniya Futbol Federasiyasının istəyi ilə həmyerlimizə belə desək, namə yollayıb.

 

"Neftçi”nin yetirməsi olan, karyerasını Almaniya Regional Liqasında mübarizə aparan klubun U-17 komandasında sürdürən Nihad təmsil etdiyi bölgədən seçilən 2 oyunçudan biridi.

 

Maraqlıdı ki, bu futbolçu 2017-ci ilin yayında getdiyi Almaniyaya yollanana qədər AFFA-dakıların yadına düşməyib. Yalnız bir dəfə U-16 millimizin qeyri-rəsmi seleksiya xarakterli məşqində olan Fərəcli milli formaya layiq sayılmayıb.

 

AFFA-nın bəyənmədiyi oyunçu Almaniya millisində - EKSKLÜZİV

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər