Voleybol üzrə dünya çempionatı başlayır

Voleybol üzrə dünya çempionatı başlayır

Bu gün Polşa və Sloveniyada kişi voleybolçular arasında dünya çempionatına start veriləcək.

Fanat.Az xəbər verir ki, əvvəlcə yarışın Rusiyada keçirilməsi nəzərdə tutulsa da, sonradan məlum səbəbdən Beynəlxalq Voleybol Federasiyası (FIVB) bu ölkəni ev sahibliyindən məhrum etmişdi.

Çempionatın ilkin mərhələsində 24 komanda 6 qrupda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutan və 4 ən yaxşı üçüncü pillənin sahibi növbəti mərhələyə adlayacaq.

Çempionatın final oyunu sentyabrın 11-də keçiriləcək.

Oyunlara Polşanın Katovitse və Qlivitse, Sloveniyanın isə Lyublyana şəhərləri ev sahibliyi edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər