Voleybol üzrə Azərbaycan çempionatları da dayandırıldı

Voleybol üzrə Azərbaycan çempionatları da dayandırıldı
Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.  
Fanat.Az xəbər verir ki, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.
 
Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb.
 
Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər