"Vilyarreal"ın müdafiəçisi pasportunu necə tapdı?

"Vilyarreal"ın müdafiəçisi pasportunu necə tapdı?
"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən "Vilyarreal"ının futbolçusu Pervis Estupinyan pasportunu tapıb.
Fanat.Az-ın məlumatına görə, bu barədə millinin oyunu üçün ölkəsinə yollanan ekvadorlu müdafiəçi "Twitter"də yazıb. 22 yaşlı oyunçunun sözlərinə görə, bu işdə ona azarkeşlər kömək edib.
Estupinyan daha əvvəl sosial şəbəkə hesabında paylaşım edərək ölkəsindən İspaniyaya qayıda bilməsi üçün lazımi sənədin tapılmasında yardım istəyib. O, paylaşımın altında əlaqə nömrəsi qoyub.
Bu gün isə pasportu tapan azarkeşlərlə şəklini paylaşan futbolçu onlara təşəkkür edib.
Qeyd edək ki, Ekvador millisi dünya çempionatının seçmə mərhələsinin son oyununda evdə Kolumbiyanı 6:1 hesabı ilə məğlub edib. Estupinyan görüşdə sonuncu qolun müəllifi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər