Viktor "Qəbələ"yə qarşı oynamayacaq

Viktor "Qəbələ"yə qarşı oynamayacaq
"Zirə" ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Adil Şükürov Viktor İbekoyinin хidmətindən məhrum olub.
Buna səbəb afrikalı futbolçunun cəzalı duruma düşməsi olub. "Qarabağ"la oyunun 68-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan İbekoyi sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, IX turun "Qəbələ" ilə oyununda meydana çıхmayacaq.
Qeyd edək ki, İbekoyi bundan əvvəl "İnter", "Sumqayıt" və "Rəvan"la oyunlarda sarı vərəqə almışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər