Vidal "İnter"i Braziliya klubuna dəyişir

Vidal "İnter"i Braziliya klubuna dəyişir

Çili millisinin və Milan "İnter"inin yarımmüdafiəşisi Arturo Vidal karyerasını Braziliyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə 35 yaşlı Vidalın "Flamenqo" klubu ilə şəxsi müqavilənin detallarını razılaşdırdığını və tərəflərin 18 aylıq anlaşma imzalamağa yaxın olduqlarını açıqlayıb.

Daha öncə sözügedən futbolçunun Argentinanın "Boko-Xuniors" klubuna keçə biləcəyi barədə məlumatlar yayılmışdı. 

2021/22 mövsümündə Milan təmsilçisinin forması ilə 40 matça çıxan Arturo 2 qol vurub və İtaliya Kubokunu qazanıb. Onun "qara-göylər"lə olan müqaviləsinin müddəti gələn yay başa çatacaq. "Transfermarkt" portalı təcrübəli cənubi amerikalının transfer qiymətini 2 milyon avro ilə dəyərləndirir.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər