“Neftçi”nin heyətində SSRİ çempionatının bürünc medalını qazanmış veteran futbolçu Yaşar Babayev və ADBTİA-nın müəllimi, veteran futbolçu Akif Fəttahov bu gün klubun bazasında olublar. Fanat.az xəbər verir ki, Azərbaycan kubokunu qazanması münasibətilə komandanı təbrik edən qonaqlar “Neftçi”yə avrokuboklarda uğurlar arzulayıblar. “Neftçi” rəhbərliyi isə yaxın günlərdə gözündən əməliyyat olunacaq Yaşar Babayevə Allahdan şəfa və can sağlığı diləyib.
Fanat.az