Vətənə 8 medal və dünya rekordu ilə döndülər

Vətənə 8 medal və dünya rekordu ilə döndülər

18-25 may 2013-ci il tarixində Türkiyə Respublikasının Quşadası şəhərində 23-ci kişi və 21-cu qadın Usta ağır atletləri arasında Avropa çempionatı başa çatmışdır.

İdman24.az Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,  27 ölkənin 300-dən çox atleti iştirak etdiyi Avropa çempionatında Azərbaycanın Milli yığma heyəti 2 qadın və 8 kişi veteran idmançısı ilə təmsil olunmuşdurlar.  Belə ki,

I. Qadınlardan

1. Şahverdi Xatirə –45-49 yaş qrupunda 63 kq çəki dərəcəsində II-yerə (32+45)=77 kq

2. Rzayeva Səbinə – 35-39 yaş qrupunda 69 kq çəki dərəcəsində I yerə (60+75)=135 kq

II. Kişilər

3. Jilyayev Vladimir (AZAL İK-nın veteran idmançısı)– 65-69 yaş qrupunda 85 kq çəki dərəcəsində I yerə və birdən qaldırma hərəkətində isə 117 kq çəkinin öhdəsindən gələrək yeni Dünya rekordunu müəyyən etmişdir. (85+117)=202 kq

4. Alıyev Akif - 50-54 yaş qrupunda 56 kq çəki dərəcəsində I yerə (70+80)=150 kq

5. Əliquliyev Teymur – 45-49 yaş qrupunda 85 kq çəki dərəcəsində III yerə (93+121)=214 kq

6. Ağayev Natiq - 45-49 yaş qrupunda 105 kq çəki dərəcəsində III yerə (101+115)=216 kq

7. Hümbətli Aftandil – 35-39 yaş qrupunda 69 kq çəki dərəcəsində II yerə (102+129)=231 kq

8. Əliyev Emil – 35-39 yaş qrupunda 105 kq çəki dərəcəsində I yerə (150+167)=317 kq

9. Ağayev Namiq – 45-49 yaş qrupunda 77 kq çəki dərəcəsində V yerə

10. Məmmədov İltifat – 45-49 yaş qrupunda 94 kq çəki dərəcəsində,yarışı 0 nəticə ilə başa vurmuşdur.

Beləliklə,Veteran Ağır atletlərimiz Avropa çempionatında 4 qızıl,2 gümüş və 2 bürünc medal əldə etmişdirlər.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər