Vensan Abubakar "Neftçi" ilə razılığa gəldimi? - SON DURUM

Vensan Abubakar "Neftçi" ilə razılığa gəldimi? - SON DURUM

Kamerun millisinin forvardı Vensan Abubakarın "Neftçi"yə keçmək perspektivi barədə son vəziyyət bəllidir.

Fanat.Az-ın futbolçuya yaxın mənbədən əldə etdiyi məlumata görə, onun "ağ-qaralar"la müqavilə bağlayıb-bağlamayacağı hələ dəqiqləşməyib.

Belə ki, "Hatayspor"dan ayrılandan sonra klubsuz qalan Abubakar hazırda 3 klubla danışıq aparır ki, onlardan biri də "Neftçi"dir. O, Azərbaycana gəlməyib və yalnız Bakı təmsilçisinin təklif etdiyi şərtlərlə razılaşacağı təqdirdə, ölkəmizə təşrif buyuracaq.

Xatırladaq ki, daha çox "Portu" və "Beşiktaş"dakı performansı ilə azarkeşlərin ürəyinə yol tapan 33 yaşlı Vensan Kamerun millisində 114 matça çıxaraq 45 qol vurub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər