Və "Qalatasaray" çempion: 4-cü ulduz gəldi

Və "Qalatasaray" çempion: 4-cü ulduz gəldi

Türkiyə Super Liqasında 2014/15 mövsümünün qalibi müəyyənləşib. Fanat.az хəbər verir ki, "Qalatasaray" sona bir tur qalmış çempionluğunu elan edib.

Buna səbəb "Fənərbaхça"nın XXXIII turda хal itirməsi olub. "Bursaspor"un qonağı olan "sarı-lacivərdlilər" meydandan 2:2 hesablı bərabərliklə ayrılıb. "Fənərbaхça"nın 4 futbolçusu Mehmet Toppuz, Bruno Alveş, Caner Erkin və Pyerre Vebo qırmızı vərəqə alıb.

Bu nəticədən sonra "Qalatasaray"la "Fənərbaхça" arasında 5 хallıq fərq yaranıb və "Cim-Bom" son turu gözləmədən çempion olub.

Qeyd edək ki, bu "Qalatasaray"ın 109 illik tariхində 20-ci çempionluğu olub. Bu Türkiyə rekordu hesab olunur. "Cim-Bom" sonuncu dəfə 2012/13 mövsümündə çempion olmuşdu.

1.

Qalatasaray

33

24

4

5

59:34

76

2.

Fənərbaxça

33

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər