İngiltərə Premyer Liqasında 2014/15 mövsümünə start verilib. Fanat.az xəbər verir ki, Lui van Qaalın baş məşqçi təyin olunduğu "Mançester Yunayted" üçün mövsüm uğursuz başlayıb.
"Suonsi"ni qəbul edən "qırmızı şeytanlar" məğlub olub - 1:2. "Mançester Yunayted"in qoluna Ueyn Runi imza atıb.
"Arsenal" isə ilk oyunda 2:1 hesablı qələbə qazanıb. London klubunun heyətində Loran Kosçielni və Aaron Ramsey fərqlənib.
Fanat.az