Ulduzlar ordusunun sahibi: Xorxe Mendes

Ulduzlar ordusunun sahibi: Xorxe Mendes
Yay transfer dönəmi Avropada olduqca hərəkətli keçdi. Bir çox ulduz futbolçu klubunu dəyişdi. Bu isə klublarla və futbolçulara milyonlar qazandırdığı kimi, menecerlərin də ciblərini doldurdu.
Sözsüz kimi menecerlər arasında ən çox qazanan Xorxe Mendes oldu. Belə ki, onun şirkətinin müştərisi olan Ceyms Rodriges, Angel Di Maria, Dieqo Kosta, Radamel Falkao və başqa ulduzlar klublarını dəişdilər ki, bu da Mendesin yaxşıca pul qazanmasına səbəb oldu.
Tam adı Xorxe Paulo Aqostinyo Mendes olan menecer 1966-cı ildə Lissabonda doğulub. 1996-cı ildə "Gestifute" adlı futbolçu təmsilçiliyi şirkətini quran portuqaliyalı indiyədək transferlərdən 700 milyon avro gəlir əldə edib. Mendesin şirkəti yuxarda adını çəkdiyimiz və çəkmədiyimiz bir çox futbolçu ilə yanaşı, dünyanın ən yaxşılarından biri olan Kriştiano Ronaldonun da təmsilçisidi. 
2009-cu ildə Ronaldonu "Mançester Yunayted"dən 96 milyon avroya "Real"a aparan Mendes bu yay sözün əsl mənasında transfer bazaranın ağasına çevirildi. Belə ki, onun şirkəti Dieqo Kostanı 38 milyon avroya "Atletiko"dan "Çelsi"yə, Angel Di Marianı 74,95 milyon avroya "Real"dan "Mançester Yunayted"ə, Ceyms Rodrigesi 80 milyona "Monako"dan "Real"a transfer etdi, Radamel Falkao 7,6 milyon avroya "Monako"dan "Mançester Yunayted"ə icarəyə verildi (transfer qiyməti 55 milyon avro). Məlumata görə, Mendes bu transferlərdən 30 milyon avro gəlir əldə edib.
Mendesin şirkətində 40 nəfər çalışır. O, futbolçu transferlərindən 10 faiz gəlir əldə edib. Onun gəliri hazırda Portuqaliyada illik gəlirin 0,4 faizini təşkil edir. Mendes Portuqaliya və Cənubi Amerikada istedadları taparaq onlarla kiçik yaşda az pul qarşılığında müqavilə bağlayır. Daha sonra isə onları dünyanın böyük klublarına sataraq böyük pullar qazanır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər