Ukrayna millisinin sabiq üzvü rəsmən "Qəbələ"də

Ukrayna millisinin sabiq üzvü rəsmən "Qəbələ"də
"Qəbələ" daha bir transfer edib. Fanat.az xəbər verir ki, bölgə klubu Pavel Paşayevlə müqavilə imzalayıb.
Komandanın Antalya toplanışına qatılan və baş məşqçi Roman Qriqorçuk tərəfindən bəyənilən futbolçunun transfer vərəqi gəlmədiyindən müqavilə imzalanmırdı. Artıq Ukrayna Futbol Federasiyası transfer vərəqini göndərib və tərəflər arasında mövsümün sonunadək anlaşma imzalanıb. "Qəbələ" Paveldən razı qalsa, mövsümün sonunda müqavilənin müddəti artırılacaq.
Qeyd edək ki, Ukraynada dünyaya gələn Pavel Paşayevin son iş yeri Zaparoji "Metallurq"u olub. O, 2014-cü ildən çıxış etdiyi klubun heyətində 33 oyuna çıxıb. 28 yaşlı müdafiəçi əvvəllər "Dnepr", "Krivbas" və "Karpatı" klublarında çıxış edib.
Ukraynanın U-15, U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çağırılan Paşayev 2009-cu ildə bu ölkənin A millisində 2 oyun keçirib. Bu ildən isə o, əsas milli komandamıza dəvət alır. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər