Ukrayna millisinin sabiq üzvü "Qəbələ"də oynayacaq

Ukrayna millisinin sabiq üzvü "Qəbələ"də oynayacaq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk baxışda olan futbolçulardan biri ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, ukraynalı mütəxəssis Pavel Paşayevdən razı qalıb.
Milli komandamızın üzvü komandanın Antalya toplanışında və yoxlama oyunlarında iştirak edib. Qriqorçuk rəhbərlikdən onunla müqavilə bağlanmasını istəyib.
Qeyd edək ki, Ukraynada dünyaya gələn Pavel Paşayevin son iş yeri Zaparoji "Metallurq"u olub. O, 2014-cü ildən çıxış etdiyi klubun heyətində 33 oyuna çıxıb. 28 yaşlı müdafiəçi əvvəllər "Dnepr", "Krivbas" və "Karpatı" klublarında çıxış edib.
Ukraynanın U-15, U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çağırılan Paşayev 2009-cu ildə bu ölkənin A millisində 2 oyun keçirib. Bu ildən isə o, əsas milli komandamıza dəvət alır. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər