Ukrayna millisindən tarixi uğur

Ukrayna millisindən tarixi uğur

Polşa və Sloveniyada keçirilən kişi voleybolçular arasında dünya çempionatında 1/4 finalçılar müəyyənləşib.

Fanat.Az xəbər verir ki,  İtaliya, Fransa, Sloveniya, Argentina, Braziliya, Polşa, ABŞ və Ukrayna yığmaları adlarını səkkiz ən güclü kollektiv sırasına yazdırıblar.

Ukrayna millisi tarixdə ilk dəfə belə bir hüquqa yiyələnib.

1/4 final cütləri:

7 sentyabr

İtaliya – Fransa

Sloveniya – Ukrayna

8 sentyabr

Argentina – Braziliya

Polşa – ABŞ

Qeyd edək ki, mundial Rusiyada keçirilməli olsa da, siyasi vəziyyətlə əlaqədar olaraq Polşa və Sloveniyaya salınıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər