Uilyams "Sabah"da - RƏSMİ

Uilyams "Sabah"da - RƏSMİ

Transfer çalışmalarını davam etdirən "Sabah" Basketbol Klubu sıralarını daha bir legioner ilə gücləndirib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-li basketbolçu DeAndre Uilyams FIBA Çempionlar Liqasında mübarizə aparacaq Masazır təmsilçisinin heyətinə cəlb olunub.

206 sm boya malik basketbolçu ilə 2 illik müqavilə imzalanıb.

27 yaşlı oyunçu T1 Liqasında mübarizə aparan "Taiwan Beer Leopards" klubunda çıxış edib.

DeAndre Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA 1-ci divizionunda iştirak edən "Memphis Tigers" klubunda oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər