UEFA "Zirə" və "Qəbələ"yə 51 min manat ödədi

UEFA "Zirə" və "Qəbələ"yə 51 min manat ödədi
"Zirə" və "Qəbələ" klubları UEFA-dan 50 min manatadək vəsait əldə edib. 
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında bildirilir. Məlumatda deyilir: UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş aşağıdakı klublara ayrılmış müvafiq vəsait AFFA-nın vasitəçiliyi ilə köçürülüb: "Zirə” - 25.010 avro (48.154 manat), "Qəbələ” - 26.140 avro (50.329 manat)". 
Qeyd edək ki, 2017-2018 mövsümündə "Zirə" Avropa Liqasında II, "Qəbələ" isə III təsnifat mərhələsinədək irəliləyib. 
FanatAz
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər