UEFA "Qəbələ"nin oyununa daha bir nümayəndə göndərdi

UEFA "Qəbələ"nin oyununa daha bir nümayəndə göndərdi

Avropa Liqasının III təsnifat məhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da Cənubi Kiprin Larnaka şəhərində keçirilmiş “Apollon” - “Qəbələ” oyunu zamanı yerli azarkeşlərin aqressiv davranışı ilə əlaqədar yaranmış gərginliyi nəzərə alan Avropa futbol təşkilatı bu gün Bakıda keçiriləcək “Qəbələ” - “Apollon” oyununa əlavə olaraq daha bir UEFA nümayəndəsi təyin edib. 

Fanat.az xəbər verir ki, “Qəbələ” - “Apollon” qarşılaşmasının ikinci UEFA nümayəndəsi Gürcüstanı təmsil edən Giorgi Pirtsxalava olacaq. Oyunun digər UEFA nümayəndəsi isə rusiyalı Vladislav Kodevdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər