UEFA "Neftçi"yə "1 dəqiqəlik sükut" icazəsi verdi

UEFA "Neftçi"yə "1 dəqiqəlik sükut" icazəsi verdi
“Neftçi” dünya miqyasında tanınan futbolçu Ələkbər Məmmədovun yaxın günlərdə vəfat etməsi ilə bağlı Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Çixura” ilə Gürcüstanda keçiriləcək cavab oyununun 1 dəqiqəlik sükutla başlanması üçün UEFA-ya müraciət edib. Fanat.az xəbər verir ki, UEFA bu məsələyə baxdıqdan sonra “Çixura” - “Neftçi” matçının 1 dəqiqəlik sükutla başlanmasına razılıq verib.
Qeyd edək ki, "Neftçi" və "Qarabağ" avrokuboklardakı matçlarında son günlər şəhid olan əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə bağlı UEFA-ya müraciət etmişdi. Amma ali futbol qurumu buna icazə verməmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər