UEFA "Neftçi"ni fransızlara tapşırdı

UEFA "Neftçi"ni fransızlara tapşırdı
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Koper” - “Neftçi” matçına təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA hakimləri fransadan olan hakimlər briqadasına tapşırıb.
Matçın baş hakimi Benoit Millot olacaq. Ona həmyerliləri - Stepan Luzi və Kiril Saint Krikq Lompre yardım edəcək. Dördüncü hakim funksiyasını Sebastian Moreyra yerinə yetirəcək.
Oyunun UEFA nümayəndəsi Norveçdən, hakim-inspektoru İtaliyadan olacaq.
Koper (Sloveniya) - Neftçi (Azərbaycan)
Hakimlər: Benoit Millot, Stepan Luzi, Kiril Saint Krikq Lompre, Sebastian Moreyra (Fransa).
UEFA nümayəndəsi: Tormod Larsen (Norveç).
Hakim-inspektor: Alfredo Trentalange (İtaliya).
Koper. Bonifika stadionu. Saat 23.30 (Bakı vaxtı ilə).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər