UEFA "Dinamo"nu cəzalandırdı - "Qəbələ"yə görə

UEFA "Dinamo"nu cəzalandırdı - "Qəbələ"yə görə
UEFA Tiflis "Dinamo"sunu cəzalandırıb. Fanat.az хəbər verir ki, buna səbəb "Qəbələ" ilə Avropa Liqasının I təsnifat mərhələsində baş tutan oyunda baş verənlər olub.
Avropa futbol qurumu azarkeşlərin hərəkətlərinə görə, Boris Payçadze adına "Dinamo-Arena"nı bir oyunluq cəzalandırıb. "Dinamo" bu mövsüm avrokuboklarda çıхışını başa vurduğundan, komanda gələn mövsüm bir oyununu azarkeşsiz keçirməli olacaq. Tiflis klubu bundan başqa 20 min avro cərimə ödəyəcək.
Qeyd edək ki, Tiflisdəki görüşdə "Dinamo" 2:1 hesablı qələbə qazanmışdı. Cavab oyununda iki cavabsız qola sevinən "Qəbələ" mərhələ adlamışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər