UEFA "Qəbələ" üçün 47 min manat göndərdi

UEFA "Qəbələ" üçün 47 min manat göndərdi
UEFA "Qəbələ" İdman Klubuna  25 min avro (47 min 375 manat) ayırıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəsait klubun müvafiq yaş qrupundan ibarət komandasının 2019/2020 mövsümündə UEFA Gənclər Liqasının ilkin mərhələsində iştirakına görə səyahət xərci üçün nəzərdə tutulub.
Ayrılmış məbləğ AFFA-nın vasitəçiliyi ilə "Qəbələ”nin hesabına köçürülüb.
Qeyd edək ki, "Qəbələ" iki oyunun nəticəsinə görə Kiprin APOEL komandasına uduzaraq mübarizəni dayandırıb (1:1, 0:1).
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər